Azərbaycanda İLK - PAŞA Bank səhmlərinin abunə yazılışı başladı

Azərbaycanda İLK

"Bu gündən etibarən PAŞA Bank İlkin Kütləvi Təklif (İPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verir. Səhmlər artıq hər kəs üçün açıqdır" .

Bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Paşa Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov məlumat verib.

Onun sözlərinə görə, ilkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.

Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanacaq.

Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.

İlkin İzzət