Şirkətlər “Expressbank"dan pullarını geri çəkir

Şirkətlər “Expressbank"dan pullarını geri çəkir

Bu ilin ikinci rübündə hüquqi şəxslərin "Expressbank" ASC-dəki depozitlərinin həcmi 43 milyon 24 min manat təşkil edib.

BusinessTime bildirir ki, Plat.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən ilin sonun ilə müqayisədə 16,8% azdır.

Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 51,681 milyon manat təşkil edib.

İllik müqayisədə isə, hüquqi şəxslərin "Expressbank"dakı depozitlərinin həcmi 5,9% artıb. Belə ki, ötən ilin ikinci rübündə bankdakı sözügedən depozitlərin həcmi 40 milyon 617 min manat olub.