Azərbaycanda ehtiyat fondlarına ayırmalar sabit saxlanılır
2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.
BusinessTime bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən eynidir.
O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə 110 milyon manat təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.


