Azərbaycanda orta aylıq əməkhaqqı 1 172 manatı ötüb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 172 manatı ötüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 172,1 manat təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 792,3 min nəfər olub.

Onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Valyuta.az