Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 1,2%, 2027-ci ildə isə 1,8% artacağını proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının oktyabr buraxılışında bildirilib.

Hesabata əsasən, Bank 2026-cı il üzrə Azərbaycanın ÜDM artımı proqnozunu aprel qiymətləndirməsi ilə müqayisədə 0,8 faiz bəndi azaldıb. 2027-ci il üzrə iqtisadi artım proqnozu isə dəyişdirilməyərək 1,8% səviyyəsində saxlanılıb.

Dünya Bankı xatırladır ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% artıb.

APA