Azərbaycanı zirvələrə aparan LİDER!
Müasir Azərbaycanın qurucusu, ölkəmizin və xalqımızın ən çətin anlarında xilaskar kimi ən çətin vəzifələri öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin zamanında atdığı addımlar, verdiyi qərarlar bugünkü uğurlarımızın bünövrəsini təşkil edir. Zaman baxımından dünənin qəbul edilmiş qərarları bu gün Ümummilli Lider dühasının böyüklüyünü, möhtəşəmliyini nümayiş etdirirsə, bugünün atılan addımları da Müzəffər Prezidentimiz cənab İlham Əliyevin dərin siyasi savadını, müdrikliyini, dünyanın sürətlə dəyişən proseslərinə dəqiq və adekvat cavab verməsini aydın şəkildə göstərir. Bu gün xalqımız dünyanın ona görə xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, tarixi Zəfərə, inkişafa aparan cənab İlham Əliyev kimi bir Lideri vardır.
Ölkə başçımız müasir dövrün ən mükəmməl liderlik keyfiyyətlərini özündə cəmləşdirərək, Azərbaycanı durmadan zirvələrə daşıyır. Məhz bu keyfiyyətlərinə görə də bütün dünya azərbaycanlıları cənab İlham Əliyevi sevir və ona dərindən inanır. Cənab Prezident eyni zamanda müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə şahidi olmuşuq ki, onun hansı addımı nə zaman atacağını özündən başqa heç kim bilmir. Bu mənada diqqətləri beş il öncəyə yönəltmək kifayətdir. Düşmənin belininin qırılmasında Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmazlığı ilə yanaşı Müzəffər Ali Baş Komandanın qətiyyəti xüsusi rol oynadı. Dünyanın bir çox güc mərkəzləri həmin vaxt Azərbaycana qarşı gəlməyə çalışsalar da qarşılarında əyilməz iradə və qətiyyətli Lider gördülər. Belə demək olarsa mənfur dairələrin qarşısında dağ kimi İlham Əliyev səddi dayandı. Bütün çıxışlarında, müsahibələrində, bəyanatlarında haqq yolundan dönməyəcəyini bəyan etdi.
Möhtərəm Prezident bütün məsələlərdə olduğu kimi bu işdə də illərlə əmək sərf edərək yaratdığı güclü ordusuna və qədirbilən xalqına arxalandı. Hələ 2003-cü ildə ilkd dəfə Prezident kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Müzəffər Ali Baş Komandan bu dövr ərzində xalqımızın dərin sevgi və ehtiramını qazanmaqla yanaşı Azərbaycanı heç vaxt əldə etmədiyi uğurlara, zirvələrə qaldırdı!.
Gülağa İmanov;
Neftçala rayonu, Şəhid atası

