Brabus Bodo Cabriolet: nəhəng V12 mühərrikli “quru yaxtası”
Almaniyanın Brabus şirkəti varlı avtomobil həvəskarları üçün hazırladığı Bodo modelinin açıq kuzalı versiyasını – Bodo Cabrioleti təqdim edib. Yeni avtomobilin premyerası ABŞ-ın Kaliforniya ştatında keçirilən Monterey Car Week çərçivəsində baş tutub.
Brabus Bodo Cabriolet-in Almaniyada minimum qiyməti 1 077 000 avro təşkil edir. Model şirkətin qurucularından biri olan Bodo Buşmannın şərəfinə adlandırılıb.
Kabrioletin əsas xüsusiyyətlərindən biri 12 silindrli V12 mühərrikidir. Avtomobil aqressiv dizaynı, geniş kuzovu və yüksək performansı ilə seçilir. Ön hissənin iri ölçüləri və fərqli dizayn həlləri modelə olduqca ekstravaqant görünüş verir.
Brabus Bodo Cabriolet 2+2 oturacaq konfiqurasiyasına malik Gran Turismo sinfinə aid avtomobilin açıq versiyasıdır. Modelin əsasını Mercedes-Benz-in yüksək performanslı texniki bazası təşkil edir.


