Yenilənmiş Haval H6: ağıllı sürücülük və premium komfort imkanları

Yenilənmiş Haval H6:

Yenilənmiş Haval H6 SUV modeli Azərbaycanda 40 900 manatdan başlayan qiymətlə satışa təqdim olunur.

Azərbaycanda Haval brendinin təqdim etdiyi yenilənmiş H6 modeli texnoloji avadanlıqları, sürücü yardım sistemləri və komfort funksiyaları ilə seçilir. Modelin 1.5T 2WD versiyasının qiyməti 40 900 manat, H6 TOP 4WD versiyasının qiyməti isə 50 900 manat müəyyən edilib.

Haval H6-da 10,25 düymlük rəngli cihazlar paneli və 12,3 düymlük rəngli sensorlu multimedia ekranı təqdim olunur. Avtomobilin təchizatına simsiz telefon şarjı, Bluetooth bağlantısı, Apple CarPlay və Android Auto, W-HUD başüstü displey və DTS səs sistemi də daxildir.

Komfort avadanlıqları sırasında dəri örtüklü, çoxfunksiyalı və qızdırılan sükan çarxı, elektrik tənzimlənən arxa qapı, panoramik dam lyuku, qızdırılan ön şüşə, avtomatik şüşətəmizləyən və 12V elektrik yuvaları yer alır.

Təhlükəsizlik və sürücüyə yardım sistemləri baxımından modeldə ön, qabaq və yan təhlükəsizlik yastıqları, ESP, dartqıya nəzarət sistemi, enişə nəzarət funksiyası, TPMS və 360 dərəcə görüntü kamerası təqdim edilir.

Haval H6-da ön toqquşma barədə xəbərdarlıq (FCW), avtomatik fövqəladə əyləcləmə (AEB), hərəkət zolağından çıxma barədə xəbərdarlıq (LDW), zolaqda saxlama (LKA), zolağın mərkəzində qalmağa yardım (LCK), yol nişanlarının tanınması (TSR), kor zonada obyekt aşkarlanması və zolaq dəyişdirmə köməkçisi kimi sistemlər də mövcuddur.

Elektron sürücü yardım funksiyalarına tıxac köməkçisi (TJA) və ağıllı kruiz nəzarətinə yardım sistemi (ICA) daxildir. Bundan əlavə, tam avtomatik parklama, arxa toqquşma xəbərdarlığı, qapının açılması barədə xəbərdarlıq və sürücünün yorğunluğunun aşkarlanması funksiyaları təqdim olunur.

Modelin eksteryerində panoramik dam lyuku, elektrik arxa qapı, dam baqaj daşıyıcısı, LED işıqlandırma elementləri və 225/55 R19 ölçülü təkərlər yer alır.

Yenilənmiş Haval H6 2WD və 4WD ötürücü variantları ilə təqdim edilir. Avtomobilin avadanlıq siyahısı təqdim olunan komplektasiyadan asılı olaraq dəyişə bilər.