Bu şəxsə “Azerconnect Group”da rəhbər vəzifə verildi

Bu şəxsə “Azerconnect Group”da rəhbər vəzifə verildi

“Azerconnect Group”da Kommersiya xidmətlərinin satınalması üzrə rəhbər vəzifəsinə təyinat olub.

Bu vəzifə Cavid Mirzəzadəyə həvalə edilib. 

Qeyd edək ki, C.Mirzəzadə 2022-ci ildən “Azerconnect Group”da müxtəlif vəzifələrdə çalışıb. Əmək fəaliyyətinə isə, 2018-ci ildə “Azərbaycan Supermarket” MMC-də (Bravo market) satınalmalar üzrə kargüzar vəzifəsi ilə başlayıb və 2021-ci ilədək sözügedən şirkətdə işləyib. 2021-2022-ci illərdə isə, “Agrarco” MMC-də satınalma mütəxəssisi olub.

Xatırladaq ki, "Azerconnect Group" NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətin Baş direktoru Emil Məsimovdur. (plat.az)