DƏMX rəhbərliyi BƏT nümayəndəsi ilə onlayn görüş keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəhbər vəzifəli şəxsləri ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Darko Doçinski arasında onlayn görüş olub.
Görüşdə BƏT-lə yaxın dövrdə əməkdaşlıq üzrə prioritet istiqamətlər müzakirə edilib, ilkin təklif və ideyalar irəli sürülüb.
Darko Doçinski qeyd edilən istiqamətlərdə əməkdaşlığın vacibliyini vurğulayaraq birgə layihələrə və təcrübə mübadiləsinə hazır olduqlarını bildirib.

