FHN müsabiqə elan edib

FHN müsabiqə elan edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, İşə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 2024-cü il yanvarın 10-dək tamam olmayan, boyu 170 santimetr və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən ölkə vətəndaşları iştirak edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-08-91, (012) 512-08-92 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.