Dünyanın hava ən çirkli 10 şəhərinin adı açıqlanıb

Dünyanın hava ən çirkli 10 şəhərinin adı açıqlanıb
Dünyanın 101 ölkəsində havanın keyfiyyətinin ölçülməsi ilə məşğul olan “IQ Air” təşkilatı ən çirkli 10 şəhəri müəyyən edib.
BusinessTime “Asian News International"a istinadən xəbər verir ki, siyahıya Nepalın Paytaxtı Katmandu başçılıq edir.
Sıralamanın ilk 3-lüyündə Hindistanın mərkəzi şəhəri olan Yeni Delhi və Taylandın Çiyanq May (Chiang Mai) şəhərləri qərarlaşıb.
Digər yerlərdə isə Çinin Çenqdu (Chengdu), Taylandın Bangkok, Vietnamın Hanoy, Banqladeşin Dakka, Çinin Vuhan (Wuhan), Pakistanın Lahor və Çinin Quanqçou (Guangzhou) şəhərləri sıralanıb.
Yazar