Rolls-Royce Spectre - ƏSRARƏNGİZ dizayn və BƏNZƏRSİZ xüsusiyyətlər

Rolls-Royce Spectre - ƏSRARƏNGİZ dizayn və BƏNZƏRSİZ xüsusiyyətlər

Bu günlərdə Rolls-Royce Motor Cars avtomobil Şirkətinin Amerikanın Kaliforniya Ştatının Napa Vadisində keçirilən dünyanın ilk ultra lüks elektrik super kupesi Rolls-Royce Spectre üçün təşkil edilmiş Beynəlxalq Media üçün press konfransında iştirak etdim.

İlk dəfə idi ki, avtomobil sahəsində belə böyük və mötəbər konfransda iştirak edirdim. Ümumiyyətlə isə Rolls-Royce hər zaman avtomobil sevərlərin diqqət mərkəzində olub.

İlk öncə oxucular üçün xatırlatma edək

1904-cü ildən istehsan olunan Rolls-Royce-un əsas məqsədi qabaqcıl texnologiyalı lüks avtomobil istehsal etmək olub. 1915-ci ildə Müttəfiqlər üçün ilk zirehli vasitələri çıxardıb. 1939-cu ildə Krallıq Hava qüvvələri təyyarələrinin bir çoxunun mühərriklərini yeniləyib. İkinci dünya müharibəsindən sonra reaktiv mühərrik çıxaran şirkətlər arasında ilk yeri tutub.

Beynəlxalq Media üçün press konfrans

Qeyd etdiyimiz kimi Rolls-Royce Motor Cars bu günlərdə dünyanın aparıcı media qurumlarını bir araya gətirdi. Sevindici haldır ki, bu beynəlxalq konfransda Azərbaycanı iki media qurumu təmsil edirdi. BAKU.NEWS olaraq konfransda iştirak edib bir sıra mövzular ətrafında fikir mübadiləsi apardıq.

Rolls-Royce Spectre - ƏSRARƏNGİZ dizayn və BƏNZƏRSİZ xüsusiyyətlər

Rolls-Royce Spectre xarici görünüşünə görə Wraith modelinə bənzəyir, əlbəttə ki, əgər biz elektrik avtomobili üçün minimalist optikaların təyin olunduğu ön hissəni və “serti” saymasaq – qabaqda bunlar ümumiyyətlə nazik optikdir. zolaqlar: istehsalçı öz təcrübəsində belə bir şey istifadə etməyib. Lakin bu o demək deyil ki, onlar dizayn üzərində az iş görüblər: idman avtomobilləri səviyyəsində aerodinamik sürtünmə əmsalı - 0,25 qədərdir.

Rolls-Royce Spectre-in mərkəzində tamamilə yeni baza dayanır: o, Architecture of Luxury (Arhitecture of Luxury) adlanır. Batareyalar birbaşa avtomobilin çərçivəsinə inteqrasiya olunur, nəticədə gövdənin sərtliyi 30% artır. Avtomobilin çəkisi 3 tona qədərdir, lakin ölçüləri də heyrətamizdir: uzunluğu 5453 mm, eni 2090 mm, hündürlüyü 1559 mm, təkər bazası 3210 mm-dir.  Spectrumun digər xüsusiyyətləri arasında: tam idarə olunan şassi, aktiv stabilizatorlar, daxili bəzəkdə markalı "ulduzlu səma", lakin bu, təkcə tavanda deyil, həm də brend üçün ilk dəfədir - salonda mövcuddur. Bir xüsusi məqamı da qeyd etmək lazımdır ki, Rolls-Royce Spectre-ın radiator barmaqlığı 22 arxa işıq diodları ilə təchiz edilib və yeni Rolls-Royce Spectre-də yalnız gözəllik naminə istifadə olunub. Əslində isə onun arxasında radiator yoxdur. Bu da öz növbəsində avtomobilə xüsusi gözəllik yaradır.

Texnoloji və intellektual dəyişiklik

Konfransda çıxış edən Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann diqqətə çatdırdı ki, ilk tam elektriklə işləyən Rolls-Royce kimi Spectre sübut edir ki, akkumulyator-elektrik texnologiyası tamamilə yetkinləşib və avtomobil mükəmməlliyi, dəbdəbəsi və performansının ən zirvəsində uğurla tətbiq oluna bilər. Bu, həm də marka üçün epoxal texnoloji və intellektual dəyişikliyi təmsil edir: 2030-cu ilin sonuna qədər onun bütün məhsul portfeli tam elektrikli olacaq; Rolls-Royce bir daha heç vaxt daxili mühərrikli yeni model istehsal etməyəcək.

Yeni zirvələr fəth ediləcək

Britaniyalılar həmişə Rolls-Royce-u sakit və minimum vibrasiya səviyyəsinə çatdırmağa çalışıblar və daxili yanma mühərrikindən imtina onların bu sahədə yeni zirvələri fəth etməyə imkan verəcək. Maraqlı fakt ondan ibarətdir ki, əgər markanın benzinlə işləyən avtomobilləri üçün naqillərin ümumi uzunluğu təxminən 2 kilometrdirsə, ilk elektrik avtomobilində naqillərin uzunluğu 8 km-ə çatır.

Rolls-Royce-a Azərbaycanda gündən-günə maraq artır

Dünyada olduğu kimi Azərbaycanda da Rolls-Royce avtomobillərinə böyük maraq var. Son illər Bakı küçələrində Rolls-Royce avtomobillərini daha tez-tez görmək mümkündür. “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 Rolls-Royce dilerini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilmişdir

Məqsədimiz satış həcmi deyil -  avtomobil dünyasında dəyərli olmaqdır

Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann jurnalistlər qarşısında bildirib, bizim məqsədimiz satış həcmi deyil, bizim üçün vacib olan avtomobil dünyasında dəyərli olmamızdır ki, müştərilərimizin bizim üçün özəl olmaları hissi heç zaman itməsin”.

Sonda onu da qeyd edək ki, modern dünyaya aparan əsrarəngiz Rolls-Royce Spectre avtomobili bu ilin sonunda satışa başlayacağı bildirilir. Dünya ölkələrinin həyanacanla marağında olan bu əfsabəvi avtomobil zirvələri fəth etməyə davam edəcək.

BAKU.NEWS-un Baş Redaktoru
Qüdrət Nuriyev