Ən çox şikayət olunan banklardan birinin xalis mənfəəti 5 milyon manat azaldı

Ən çox şikayət olunan banklardan birinin xalis mənfəəti

Yelo Bankın 2026-cı ilin I rübündə dövr üzrə xalis mənfəəti 6 milyon 685,31 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,31% və ya 4 milyon 514,31 min manat azdır.

Qeyd edək ki, bankın 2025-ci ilin I rübündə dövr üzrə xalis mənfəəti 11 milyon 199,62 min manat olub.

Hesabat dövründə bankın faiz xərcləri 54,14% və ya 7 milyon 95,15 min manat artaraq 20 milyon 200,58 min manata yüksəlib. Həmin dövrdə bankın faiz gəlirləri 50 milyon 649,02 min manat təşkil edib.

Yelo Bankın xalis faiz gəlirlərində artım, qeyri-faiz gəlirlərində isə azalma qeydə alınıb.

Belə ki, ötən ilin eyni rübü ilə müqayisədə bankın xalis faiz gəlirləri 7,10% və ya 1 milyon 925,31 min manat artaraq 29 milyon 24,46 min manat təşkil edib.

Qeyri-faiz gəlirləri isə 33,5% və ya 1 milyon 377,76 min manat azalaraq 2 milyon 735,81 min manata düşüb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bankın qeyri-faiz gəlirləri 4 milyon 113,57 min manat olub.

Xatırladaq ki, cari ilin mart ayında Yelo Bank şikayət indeksində 1,80 indeksi ilə 3-cü sırada yer alıb.