Çin Aİ ilə hibrid avtomobillərin Avropaya ixracının azaldılması barədə razılığa gəlib

Çin Aİ ilə hibrid avtomobillərin Avropaya ixracının azaldılması barədə razılığa gəlib

Çin Avropa İttifaqı (Aİ) ilə ticarət mübahisəsi çərçivəsində hibrid və “plug-in” hibrid avtomobillərin Avropaya ixracının azaldılması barədə razılığa gəlib.

Bu barədə Aİ-nin ticarət komissarı Maroş Şefçoviç Pekində Çinin ticarət naziri Vanq Ventao ilə danışıqlardan sonra məlumat verib. Onun sözlərinə görə, qarşıdakı dörd il ərzində Çindən Avropaya ixrac edilən bu tip avtomobillərin sayı bir neçə milyon ədəd azala bilər. Bu isə tədarükün yarıdan çox azalması ilə nəticələnə bilər.

Razılaşmanın Avropa avtomobil istehsalçılarına, xüsusilə Almaniya şirkətlərinə Çin istehsalçıları ilə rəqabətdə əlavə imkanlar yaradacağı gözlənilir.

Aİ-də yeni avtomobillərin qeydiyyatında hibrid və “plug-in” hibrid modellərin payı 44 faizdən çoxdur.