Ölüm halından sığorta üzrə yığımlar 28 milyon manatı ötüb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 28 milyon 465 min manat sığorta haqqı toplanılıb.
2025-ci ilin müvafiq dövründə bu göstərici 22 milyon 222 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, sözügedən sığorta növü üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 243 min manat və ya 28,1 faiz artıb.
Hesabat dövründə həyatın ölüm halından sığortası üzrə həyata keçirilən ödənişlərin məbləği isə 2 milyon 576 min manat olub. Ötən ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 2 milyon 285 min manat ödəniş edilib.
Beləliklə, sığorta ödənişləri illik müqayisədə 291 min manat və ya 12,7 faiz artıb


