BMW iX4 elektrik krossoveri Neue Klasse ailəsinə qoşulub
“BMW” şirkətinin kupe üslublu yeni elektrik krossoveri iX4 markanın “Neue Klasse” adlı elektrik avtomobilləri ailəsinə qoşulub. Model texniki xüsusiyyətləri və dizaynı baxımından BMW iX3 ilə böyük ölçüdə eynidir. Bununla belə, ən güclü iki mühərrikli M60 xDrive güc qurğusu ilk dəfə məhz iX4 modelində təqdim olunub.
612 at gücünə və 875 Nm fırlanma anına malik bu güc qurğusunun yaxın zamanda BMW iX3 üçün də əlçatan olacağı bildirilir.
Zavod indeksi NA5 olan BMW iX3 2025-ci ilin sentyabrında təqdim edilib və Neue Klasse ailəsinin ilk modeli olub. Zavod indeksi NA7 olan BMW iX4 isə əsasən arxa hissəsinin maili dizaynı ilə fərqlənir. Bu xüsusiyyət avtomobilin ümumi hündürlüyünün 1635 millimetrdən 1595 millimetrə enməsinə səbəb olub.


