Prezident bu sazişi təsdiq etdi
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, sentyabrın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.


