Sabahdan səhiyyə sistemində yeni islahatlar başlayır
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Anar Bayramov səhiyyə naziri təyin edilib.
BusinessTime xəbər verir ki, yeni təyinat ölkənin səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan növbəti addımlardandır.
Qeyd edək ki, Anar Bayramov TƏBİB-in rəhbərliyinə gəldikdən sonra bir sıra ciddi islahatlar aparmışdır. Prezidentin 19 oktyabr tarixli fərmanına əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu qərar səhiyyə sahəsində idarəetmə mexanizmlərinin yenidən qurulması və qurumların fəaliyyətinin əlaqələndirilməsi baxımından mühüm dəyişiklikdir.
Arıtq səhiyyə sahəsində idarəetmə və xidmətlərin təşkili ilə bağlı bir sıra dəyişikliklərin həyata keçirilməsi gözlənilir. Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Göründüyü kimi Anar Bayramovun nazir vəzifəsinə təyin olunması ilə səhiyyə sistemində islahatların yeni mərhələyə keçəcəyinə böyük zəmin yaradılıb
Məlumata görə, səhiyyə sektorunda islahatlara sabahdan start veriləcəyi gözlənilir. Bununla belə, konkret tədbirlərin, struktur dəyişikliklərinin və yeniliklərin əhatə dairəsi ilə bağlı əlavə rəsmi məlumat açıqlanmayıb.
Qarşıdakı dövrdə diqqət mərkəzində tibbi xidmətlərin keyfiyyətinin artırılması, idarəetmədə səmərəliliyin gücləndirilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının yaxşılaşdırılması kimi məsələlərin olacağı gözlənilir.
Qeyd edək ki, bu gün Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub


