VAKANSİYA - Hüquqşünas

VAKANSİYA

EGA komandamıza Hüquqşünas axtarırıq.

Əsas vəzifələr

Hüquqi şəxslərin təsis sənədlərinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

Müəllif müqavilələrinin hazırlanması və müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması;

Patent, əmtəə nişanı, sertifikat, icazə və digər hüquqi sənədlərin əldə edilməsi üzrə proseslərin icrası;

Dövlət orqanlarından daxil olan müraciətlərin cavablandırılması;

Müştəri şirkətlərdən daxil olan hüquqi müraciətlərin araşdırılması və cavablandırılması;

Hüquqi məsələlər üzrə araşdırmaların aparılması və hüquqi rəylərin hazırlanması.

Namizədə tələblər

Ən azı 1 il korporativ sahədə iş təcrübəsi;

Hüquqi sənədlərlə işləmə və hüquqi rəy hazırlamaq bacarığı;

Güclü analitik düşüncə və hüquqi araşdırma aparmaq qabiliyyəti;

Yüksək yazılı və şifahi kommunikasiya bacarığı;

Komandada işləmək bacarığı;

İngilis dili biliyi – şərtdir;

Rus dili biliyi – üstünlükdür.

İş şəraiti

İş yeri: Zərifə Əliyeva 55

İş qrafiki: 5 günlük iş həftəsi

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Tələblərə cavab verən namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.