Kriptovalyutaların qiyməti aşağı düşüb
Ötən həftə ərzində başlıca kriptovalyutalar arasında "Bitkoin"in qiyməti 4,8 %, “Ethereum”un isə qiyməti 5,5 % azalıb.
Mayın 4-də ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsinə dair açıqlama verəcək. Faiz dərəcəsinin 50 faiz bəndi artırılaraq 1 %-ə çatdırılacağı gözlənilir.
Ekspertlərə görə, FED-in rəhbərinin Cerom Pauelin açıqlamasına bazarın reaksiyası kriptovalyutaları daha da ucuzlaşa bilər.
BusinessTime