Nazir Fərid Qayıbov Hakuho Şonu qəbul edib

Nazir Fərid Qayıbov Hakuho Şonu qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şonu qəbul edib.

Görüşdə Azərbaycanda sumo idman növünün inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub. 

Hakuho Şo 2026-cı ildə sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.