Azərbaycana pul baratları üzrə daxilolmaların üstünlüyü 830 milyon dolları ötüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edib.
BusinessTime bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70 % çoxdur.


