“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib.

Yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyi “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.

Səhmdarlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinə və Bankın nizamnaməsinin 7.6-cı bəndinə uyğun olaraq səsvermədə qiyabi iştirak edə bilərlər.