9 ayda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
2026-cı ilin yanvar - sentyabr aylarında Azərbaycanda banklar 1 milyard 81.8 milyon manat xalis mənfəət əldə ediblər.
BusinessTime Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.
Hesabat dövründə banklar 1 milyard 697.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 270.8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.


