Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
“Bu gün hamını ətin bahalaşması narahat edir. Fermerlərə dövlət tərəfindən verilən subsidiyalar isə qiymətlərin aşağı düşməsinə ciddi təsir göstərmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib.
O bildirib ki, ölkədə ətin qiymətinin ucuzlaşması üçün ilk növbədə yem tədarükü sistemi formalaşdırılmalıdır:
“Bu gün bir bağlama yaş yoncanın qiyməti 5 manatdır. Dövlət fermerləri təkrar əkin aparmağa təşviq etməlidir. Belarusda heyvan yeminin 60 faizini qarğıdalı təşkil edir. Azərbaycanda da təkrar əkin zamanı qarğıdalı əkilərsə, yem tədarükünün həcmi üç dəfə arta bilər”.
Anar Abbasovun sözlərinə görə, bir heyvanın yetişdirilərək 200 kiloqram ət verməsi üçün fermer 700-800 manat xərc çəkir:
“Fermerlər qarğıdalıdan yem kimi istifadə etməyə üstünlük versələr, bu xərc 300 manata qədər azala bilər. Nəticədə ətin qiyməti ən azı 3 manat ucuzlaşa bilər”.


