ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayını artırıb

ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayını artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 03 iyun 2023-cü il tarixindən etibarən qatar reyslərinin sayını artırıb.
BusinessTime bu barədə quruma istinadən xəbər verir.
Belə ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından
(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.