Ağır xəstəlikdən sağalan şəxsin valideynləri Respublika Klinik Xəstəxanasına təşəkkür edib

Ağır xəstəlikdən sağalan şəxsin valideynləri Respublika Klinik Xəstəxanasına təşəkkür edib

Ağcabədi rayon sakini, 2015-ci il təvəllüdlü Nihad Kərimov (anasının deməsinə görə) velosipeddən yıxıldıqdan sonra yüksək bədən hərarəti, sağ ayaq dizdən yuxarı qızartı, ödəm və eyni zamanda döş qəfəsində, qarında kəskin ağrılardan şikayələnirdi.
21.07.2023-cu il tarixdə saat 00:55-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gecikdirilmiş ağır vəziyyətdə müraciət edib.
Xəstəyə lazımi stasionar müalicə göstərildikdən sonra “Sağ diz nahiyyəsindən yuxarı dərin və səthi venaların tam trombozu və bu tromblara bağlı ağciyərin septik tromboemboliyası“ diaqnozu qoyulub. Aparılan müayinələr nəticəsində xəstənin vəziyyəti yaxşılaşaraq evə yazılıb.
Nihad Kərimovun valideynləri oğullarına göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Uşaq Klinik Xəstəxanasının direktor müavini Rəşad Tağıyevə və uşaqlarının müalicəsində iştirak edən həkim və tibb bacılarına öz dərin minnətdarlıqlarını bildiriblər.