AİKTSA tərəfindən daha bir layihə uğurla yekunlaşdı

AİKTSA tərəfindən daha bir layihə uğurla yekunlaşdı

“İnformasiya məkanında, KİV-lərdə və sosial şəbəkələrdə mümkün təhdidlərə qarşı mübarizə” adlı layihə yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) tərəfindən həyata keçirilən “İnformasiya məkanında, KİV-lərdə və sosial şəbəkələrdə mümkün təhdidlərə qarşı mübarizə” adlı layihə müvəffəqiyyətlə yekunlaşmışdır.
 
Layihənin məqsədi cəmiyyətin aidiyyəti şəxslərində, əsasən də gənc nəslin internet resurslarına düzgün qaydada marağın artırılması və bu sahədə istifadənin artırılmasıdır. Bundan irəli gələrək informasiya və digər sosial platformalarda yarana biləcək təhlükələrə qarşı mübarizə aparmaq məqsədilə maarifləndirmə kampaniyasının aparılması olmuşdur.  
 
Layihədə əsas hədəf vətəndaşlarımızda mümkün qədər internet resurslarında olan təhlükəli və təhlükəsiz məlumat sərhədlərinin düzgün aşılamaqdan ibarətdir. Layihə çərçivəsində 120-dən çox gənclə görüş keçirilmişdir
 
Layihə çərçivəsində mövzu ilə bağlı buklet və kitabça paylanılmış, maarifləndirici foto və video rolik nümayiş etdirilmişdir. 
 
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.