AİRA əlaqələrini genişləndirir

AİRA əlaqələrini genişləndirir

Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyi (AİRA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) arasında görüş keçirilib və birgə fəaliyyət perspektivləri dəyərləndirilib. AKTİ-nin sədri Yusif Vəliyev və AİRA-nın sədr müavini Nərgiz Seyidzadə tərəfindən memorandum imzalanıb.
 
Tərəfdaşlıq çərçivəsində könüllülərə karyera, təcrübə və kommunikasiya alətlərindən istifadə imkanlarının yaradılacağı bildirilib. Həmçinin, AKTİ-nin il ərzində keçiriləcək bir sıra layihələrində könüllülərin əmək bazarına hazırlanması, karyera planlanması və inkişafı istiqamətində AİRA ilə birgə tərəfdaşlıq məsələləri müzakirə olunub. 
 
Məlumat üçün bildirək ki, AİRA yarandığı ilk gündən etibarən iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi və neft kapitalının insan kapitalına çevirilməsinə dəstək məqsədilə müxtəlif layihələr və tədbirlər təşkil edib. Hazırda gənclərin əmək bazarına hazırlamasına öz töhvəsini verməkdədir.

BusinessTime