“Araz”da İşə Qəbul Mərkəzi 

“Araz”da İşə Qəbul Mərkəzi 

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin İşə Qəbul Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında məqsəd işaxtaran şəxslərin mövcud vakansiyalar üzrə müraciətlərinin vahid mərkəzdən idarə edilməsi, bu müraciətlərə baxılmasının operativ aparılması, həmçinin işə qəbul edilən şəxslər üçün orientasiya və təkmilləşdirmə təlimlərinin bir ünvanda keçirilməsidir.

Mərkəzin fəaliyyəti ilkin mərhələdə Bakı şəhəri üzrə 100-dən çox mağazanı əhatə edəcək. “Araz” komandasına qoşulmaq istəyən şəxslər paytaxtın Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 187 ünvanında yerləşən İşə Qəbul Mərkəzinə müraciət edə bilərlər.