Aslan Abbaszadə ABADA tərəfindən təltif olunub

Aslan Abbaszadə ABADA tərəfindən təltif olunub

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) media nümayəndələri üçün seminar keçirib. Milli Mətbuatın yaranmasının 148-ci ilinə həsr olunan görüşdə 2023-cü ilin 6 ayının yekunları və qarşıda duran vəzifələr də müzakirə edilib.
 
Jurnalistlərin suallarını cavablandıran qurumun Baş katibi Kənan Qurbanov və Baş katibin müavini Hidayət Aslanov Assosasiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.
 
Sonda iştirakçılara təlim sertifikatları və xatirə hədiyyələri təqdim olunub.
 
Təltif olunanlar arasında Faktor.az xəbər portalının Baş Redaktoru Aslan Abbaszadə də var.