Azərbaycan nefti 100 dolları KEÇDİ

Azərbaycan nefti 100 dolları

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

BusinessTime xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4.35 ABŞ dolları və ya 4.46% artaraq bir barel üçün 101.96 ABŞ dollarına çatıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.