Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 81,85 ABŞ dolları təşkil edib.

Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 2,17 ABŞ dolları yaxud 2,58 % geriləmək deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 78,22 ABŞ dollarına satılıb.

Yazar