Dünya əmtəə birjalarında neft qiymətləri cüzi dəyişib
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 81,10 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,02 ABŞ dolları yaxud 0,03 % bahalaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 77,37 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 0,01 dollar/barel yaxud 0,01 % azdır.
Yazar