"Azərbaycanın Ordusunun döyüş ruhu hələ də ürəyimizdədir"

"Azərbaycanın Ordusunun döyüş ruhu hələ də ürəyimizdədir"

“8 Noyabr təkcə Zəfər Günü yox, həm də dünya azərbaycanlılarının növbəti həmrəylik günüdür."

Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi hünəri və qətiyyəti idi. Dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyəti və hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə hək etdirdi! Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya sübüt edərək nümayiş etdirdik.

Bu şanlı zəfərə gedən 44 gün ərzində arxa cəbhədə də hər kəs gücü çatan dəstəyini verdi, xaricdə yaşayan soydaşlarımız, əllərindən gələn köməyi əsirgəmədilər.

Qarşıdan tarixi Zəfər Günü gəlir. Bu, dünya azərbaycanlılarının həmrəyliyində ikinci belə mühüm təqvimdir. Bəlkə də son 30 il dünya azərbaycanlıları bu səviyyədə həmrəy olmamışdı. Amma bizi zəfərə aparan yolda 2020-ci ilin 27 sentyabrından elə bir azərbaycanlı olmadı ki, həmrəylik nümayiş etdirməsin. İstər dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, istər öz vətənimizdə olan insanlarımız - dini, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq Zəfər yolunda həmrəylik göstərdi.Ordumuza öz həmrəyliyini göstərən Amerikda yaşayan əslən ata,babasi Şuşadan olan həmyerlimiz Gül Mery Zəfər günü münasibəti ilə sevinclə fikirlərini bildirmişdir.

Azərbaycanın güclü qanı, döyüş ruhu hələ də ürəyimizdədir. 8 Noyabr Qələbə Günü münasibətilə xalqımı böyük sevinclə təbrik edirəm!