Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.

BusinessTime xəbər verir ki, bu vəzifə İlkin Alimova həvalə edilib.

İlkin Alimov 2016-cı ildən Azərbaycan Mərkəzi Bankında çalışır. O, 2022-ci ilin aprelindən 2025-ci ilin yanvarınadək Bankın Ödəniş və Hesablaşma Sistemləri departamentinin Hökumət Ödəniş Portalında baş ödəniş dəstəyi mütəxəssisi vəzifəsində işləyib.

2025-ci ilin yanvarından 2026-cı ilin mayınadək AMB-nin İnformasiya Texnologiyaları Əməliyyatları departamentinin ödəniş tətbiqlərinə dəstək bölməsində baş mütəxəssis kimi fəaliyyət göstərən Alimov, 2026-cı ilin may-oktyabr aylarında həmin departamentin Hökumət Ödənişləri bölməsində ödəniş sistemlərinin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsini tutub.

O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsində fəaliyyətini davam etdirir. (İqtisadiyyat.az)