"Binance" təhlükəsizlik insidentindən sonra vəsait çıxarılmasını dayandırıb
"Binance" bir neçə şəbəkədə vəsait çıxarılmasını müvəqqəti dayandırıb. Kriptovalyuta müşahidəçiləri birjanın onlayn pul kisələrindən ən azı 2 milyard ABŞ dolları çıxarıldığını bildirir, lakin rəqəmlər təsdiqlənməyib.
"Binance" kriptovalyuta birjası təhlükəsizlik insidentindən sonra ehtiyat tədbiri olaraq bir neçə şəbəkədə vəsait çıxarılmasını müvəqqəti dayandırıb. Bu barədə Businesstime.az TechCrunch-a istinadən xəbər verir.
Şirkət mümkün təhlükəsizlik problemi ilə bağlı məlumatları araşdırdığını və istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu bildirib. Birjanın sözçüsü Ross O'Liri çıxarışların müvəqqəti dayandırıldığını təsdiqləyib.
Kriptovalyuta bazarını izləyən şəxslərin hesablamalarına görə, birjanın internetə qoşulu pul kisələrindən ən azı 2 milyard ABŞ dolları çıxarılıb. Bəzi hesablamalarda itkinin 5,7 milyard ABŞ dollarından çox ola biləcəyi göstərilsə də, bu rəqəmlər təsdiqlənməyib və oğurluğun davam etməsi ehtimalı var.
"Binance"-ın təsisçisi və ən böyük səhmdarı Çanpen Çjao şirkətin, ehtimal ki, haker hücumuna məruz qaldığını bildirib. O, istifadəçilərin vəsaitlərinin tam qarşılanacağını gözlədiyini desə də, bununla bağlı açıqlama verməyib. Hücumun arxasında kimin durduğu məlum deyil.
Mənbənin məlumatına görə, "Circle" şəbəkələrindən keçən təxminən 800 milyon ABŞ dolları dəyərində Tether-i, "Tether" isə insidentlə əlaqəli təxminən 1,56 milyard ABŞ dollarını dondurub. Şirkət istifadəçilərə qeyri-rəsmi keçidlərə, mesajlara və hesab məlumatları ilə bağlı sorğulara etibar etməməyi tövsiyə edib.


