Azərbaycanda 49 illik körpü uçdu

Azərbaycanda 49 illik körpü uçdu

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Bu barədə Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əraziyə xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bildirilib ki, sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.