Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb.
BusinessTime bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, bu il sentyabrın 1-nə 41 102 fiziki və 104 hüquqi şəxs, ümumilikdə 41 206 şəxs Azərbaycan banklarında pay sahibi olub.
Unikal bank səhmdarı olan fiziki şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 1 milyard 298 milyon 994 min 948 manat, hüquqi şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 3 milyard 217 milyon 803 min 806 manatdır. Beləliklə, sektor üzrə səhmlərin ümumi dəyəri 4 milyard 516 milyon 798 min 754 manatdır.


