Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 884 ədəd stolüstü kompüter istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 745 ədəd və ya 34.84% çoxdur.
Ötən ilin eyni dövründə 2 139 ədəd stolüstü kompüter istehsal olunmuşdu.
Hesabat dövründə istehsal olunan noutbukların sayı 25 475 ədəd olub ki, bu da illik müqayisədə 23 760 ədəd və ya 14,86 dəfə çoxdur. Ötən ilin eyni dövründə bu göstərici 1 715 ədəd təşkil edib.
Ümumilikdə, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-noyabr aylarında 281,7 milyon manatlıq məhsul istehsal olunub. Bu da 2024-cü ilin yanvar-noyabr aylarında istehsal edilmiş 254,6 milyon manatlıq məhsulla müqayisədə 27,1 milyon manat və ya 10,64% çoxdur.

