"Audi"nin qlobal satışları kəskin azalıb
"Volkswagen" qrupuna daxil olan "Audi" brendinin qlobal avtomobil tədarükü ilin üçüncü rübündə 19,7% azalaraq 314,9 min ədədə enib. Əsas geriləmə brendin ən böyük bazarlarından olan Çindəki satışların zəifləməsi ilə əlaqələndirilir.
BusinessTime xəbər verir ki, şirkətin tam elektrikli avtomobillərinin satışı da illik müqayisədə 21,5% azalaraq 48,7 min ədəd təşkil edib. İkinci rübdə başlayan 8%-lik eniş tendensiyası ilin üçüncü rübündə daha da dərinləşib.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında "Audi"nin qlobal çatdırılmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% azalaraq 1 042 200 ədədə düşüb.


