Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
“ROADLOGİC” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
Valyuta.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 500 000 manatdan 120 000 manata endirilib.
Bununla da cəmiyyətin nizamnamə kapitalı 380 000 manat azalıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar olaraq kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80, mənzil 53 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “ROADLOGİC” MMC-nin qanuni təmsilçisi Kamil İsgəndərov Amil oğludur.


