Dövlət Sosial Müdafiə Fondu auditor seçir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2026-cı il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib.
BusinessTime xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 22-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin qalibi oktyabrın 22-də, saat 17:00-da portalda açıqlanacaq.
Ötən il DSMF-yə bu xidmətləri "Baker Tilly Audit Azərbaycan" QSC göstərib. Ona 198 min manat ödənilib.


