Kritik xəstəlik sığortası yüksək müalicə xərclərini necə qarşılayır?
“PAŞA Həyat Sığorta” ASC kritik xəstəliklərlə bağlı maliyyə risklərinin qarşılanması məqsədilə “Həyata Bağlan” sığorta məhsulunu təqdim edir.
Şirkətin məlumatına görə, məhsul kritik xəstəlik diaqnozu ilə üzləşən şəxslərin müalicə ilə bağlı yarana biləcək iri həcmli xərclərinin ailə büdcəsinə təsirinin azaldılmasına yönəlib.
“Həyata Bağlan” məhsulu sığorta hadisəsi baş verdikdə müalicə xərclərinin qarşılanması üçün əvvəlcədən müəyyən edilmiş sığorta təminatının əldə edilməsini nəzərdə tutur. Bununla da ailənin uzun müddət ərzində topladığı vəsaitlərin gözlənilməz müalicə xərclərinə yönəldilməsi riskinin azaldılması hədəflənir.
Şirkətin təqdim etdiyi nümunəyə əsasən, 30 yaşlı şəxs ildə 144 AZN sığorta haqqı ödəməklə 30 000 AZN məbləğində təminat əldə edə bilər. Bu halda sığorta haqqının hissəli şəkildə ödənilməsi imkanı da nəzərdə tutulub.
“PAŞA Həyat” bildirir ki, məhsulun əsas məqsədi kritik xəstəlik zamanı sığortalının maliyyə təminatına çıxışını təmin etmək və yüksək müalicə xərclərinin ailə büdcəsinə yarada biləcəyi yükü azaltmaqdır.


