Azərbaycanda tikinti sektoruna bank kreditləri sürətlə artır

Azərbaycanda tikinti sektoruna bank kreditləri sürətlə artır

2026-cı il avqustun 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1,823 milyard manat təşkil edib.

BusinessTime Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamasına istinadən xəbər verir ki, tikinti sahəsi üzrə biznes kreditlərinin həcmi aylıq müqayisədə 80,2 milyon manat və ya 4,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 453,6 milyon manat və ya 33,1% artıb.

Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərinin məbləği 2026-cı il iyulun 1-nə 1,742 milyard manat, 2025-ci il avqustun 1-nə isə 1,369 milyard manat təşkil edib.

Qeyd edək ki, 2026-cı il avqustun 1-nə Azərbaycanda bankların kredit portfeli 32,095 milyard manat olub.

Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54% və ya 17,333 milyard manat, istehlak kreditlərinin payı 31,3% və ya 10,037 milyard manat, ipoteka kreditlərinin payı isə 14,7% və ya 4,725 milyard manat təşkil edib