Azərbaycan Qırğızıstana ixracı 4 dəfə artırıb
2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət əməliyyatlarının ümumi həcmi 77,172 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 37,1 milyon ABŞ dolları və ya 1,9 dəfə artıb.
Hesabat ilində Azərbaycanın Qırğızıstandan idxalının həcmi 53,753 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təqribən 43,3 milyon ABŞ dolları və ya 5,2 dəfə çoxdur.
Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Qırğızıstana 23,419 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. İxracın həcmi əvvəlki illə müqayisədə 6,2 milyon ABŞ dolları və ya təqribən 21% azalıb.
2026-cı ilin yanvar-iyul aylarında isə Azərbaycanla Qırğızıstan arasında ticarət əməliyyatlarının həcmi 34,066 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,5 milyon ABŞ dolları və ya təqribən 40,8% azalma deməkdir.
Cari ilin ilk 7 ayında Qırğızıstanla ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 0,12% təşkil edib.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın Qırğızıstandan idxalının həcmi 4,035 milyon ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 46 milyon ABŞ dolları və ya 12,4 dəfə azdır.
Bunun əksinə olaraq, cari ilin ilk 7 ayında Azərbaycandan Qırğızıstana 30,030 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. İxracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon ABŞ dolları və ya təqribən 4 dəfə artıb.


