Həftəsonu çox yatmaq ürəyə xeyirdir

Həftəsonu çox yatmaq ürəyə xeyirdir

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu qismən kompensasiya etmək ürək-damar sağlamlığı üçün faydalı ola bilər.

Axşam.az xəbər verir ki, yeni araşdırmada həftəsonu əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqəli olduğu müəyyənləşib. Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min insanın məlumatlarını araşdıraraq bu nəticəyə gəliblər.

Tədqiqatın nəticələrinə görə, həftəsonu təxminən 1 saat 27 dəqiqə əlavə yatmaq yüksək təzyiq ehtimalının 9 faiz azalması ilə əlaqələndirilib. Lakin əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqəli olub.

Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin ürək sağlamlığının qorunmasında əsas amillərdən biri olaraq qaldığını vurğulayıblar.