Geely şirkəti lüks "Monjaro Plus" krossoverini satışa çıxarmağa hazırlaşır

Geely şirkəti lüks "Monjaro Plus" krossoverini satışa çıxarmağa hazırlaşır

Çinin "Geely" avtomobil konserni özünün məşhur "Monjaro" ("Xingyue L") modelinin yeni, ən üstün lüks versiyasını ("Plus") rəsmən nümayiş etdirib. Yeni krossoverin həm klassik daxili yanma mühərriki (DYM), həm də modernləşdirilmiş "i-HEV" hibrid güc qurğusu ilə satışa çıxarılacağı gözlənilir.

Avqust ayında Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında qeydiyyata alınan modelin dizaynı ötən həftə rəsmi şəkildə təqdim olunub. Ötən istirahət günlərində isə avtomobil Çin mətbuatı və avtobloqerləri üçün keçirilən qapalı təqdimatda nümayiş etdirilib. Modelin yaxın zamanlarda kütləvi satışına başlanacağı gözlənilir.