"Cadillac" ikinci nəsil XT5 krossoverinin yeni hibrid versiyasını satışa çıxarıb
"Cadillac" brendi daxili bazarda ikinci nəsil XT5 krossoverinin şəbəkədən doldurulan hibrid (PHEV) versiyasının satışına başlayıb. Yeni modifikasiya yalnız güc aqreqatı ilə deyil, həm də yenilənmiş eksteryer dizaynı, avtopilot sistemi və genişləndirilmiş avadanlıq siyahısı ilə seçilir.
Qeyd edək ki, "Cadillac"ın vətəni olan ABŞ-da hələ də birinci nəsil XT5 satıldığı halda, Çin bazarında 2024-cü ildən dördüncü nəslin təmsilçisi olan ikinci nəsil model təqdim olunub. Çində debüt edən benzin versiyası 237 at gücünə malik 2.0 litrlik turbo mühərrik və 48 voltluq "mülayim hibrid" sistemi ilə təchiz olunmuşdusa, yeni təqdim edilən PHEV versiyası daha yüksək qənaətcillik və müasir avtonom idarəetmə funksiyaları təklif edir.


